Home Manşet Sevinc Hüseynova: Azərbaycan regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında aparıcı rol...

Sevinc Hüseynova: Azərbaycan regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında aparıcı rol oynayır

276
0
SHARE

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq platformadır və özündə müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, dünyanın tanınmış elm, ictimai və siyasi xadimlərini öz sıralarında birləşdirir. Bu baxımdan, Mərkəzin keçirdiyi tədbirlər öz əhəmiyyəti ilə beynəlxaql ictimaiyyətin diqqətini cəlb edir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda təşkil olunan müzakirələr də bu mənada xüsusi önəm daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bır sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçı siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini ifadə etdi.

Millət vəkilinin sözlərinə görə, ölkəmiz işğal altında ərazilərini azad etməklə təkcə özü üçün deyil, bütün region üçün yeni inkişaf imkanları yaradıb. Ona görə də, erməni tərəfi reallığı düzgün qiymətləndirməli, revanşist addımlardan uzaq olmalı, əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü qoruyacaq və hər hansı bir təhdid olarsa, dərhal qarşısı alınacaq. Azərbaycan öz konstruktiv mğvqeyini bəyan edib və əməkdaşlığa açıqdır. Dövlətimizin başçısı konfransda iştirakçıların diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında  aparıcı rol oynayır. Təbii ki, Ermənistan hazırda əməkdaşlıq təşəbbüslərinə müsbət cavab vermir. Qarşı tərəf  dərk etmir ki, bu layihələrin reallaşması bütün region, o cümlədən, Ermənistanın özü üçün böyük dividend gətirə bilər.

“Azərbaycan regionda sülh və təhlükəsizlik naminə Ermənistana qarşı bəzi humanist addımlar atıb. Ancaq təəssüf ki, Ermənistan bütün bu humanist addımların qarşısında öz bədnam xislətindən əl çəkə bilmir. Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir. Artıq Zəngəzur dəhlizinin açılması 3 ölkənin Birgə Bəyanatının məğzi olmaqla yanaşı, həm də zamanın tələbidir. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Ermənistanın gələcəyi isə bu əməkdaşlıq platformasına qoşulmaqdan keçir”,-deyə S.Hüseynova vurğulayıb.