Home Manşet “Mehriban dostluq və əməkdaşlıq hər bir dövlətin xeyrinədir” KOMİTƏ SƏDRİNİN MARAQLI ŞƏRHİ

“Mehriban dostluq və əməkdaşlıq hər bir dövlətin xeyrinədir” KOMİTƏ SƏDRİNİN MARAQLI ŞƏRHİ

219
0
SHARE

“Qarşılıqlı əməkdaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi və dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsi hər bir ölkə üçün faydalıdır. Torpaqlarımızın bir hissəsi uzun müddət erməni təcavüzünə məruz qalmasına, xalqımızın başına görünməmiş müsibətlər gətirilməsinə baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə sülhə sadiq qalıb və münasibətlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olub.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, bu, yəni sülh yolu ilə mümkün olmadığı halda dövlətimizin rəhbəri hərb yolunu seçib və müzəffər ordumuz faşist Ermənistana öz gücünü göstərərək torpaqlarımızı faşistlərdən təmizləyib.
“Bu gün qalib olmasına baxmayaraq Prezidentimiz yenə sülhməramlı çağırışlar edir, Ermənistanı təcavüzdən uzaq olmağa, revanş meyillərdən uzaqlaşmağa, qonşuluq şəraitində dinc yaşamağa dəvət edir. Bu fikirləri cənab İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən bu günlərdə keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə bir daha səsləndirib. Dövlətimizin rəhbəri bildirib ki, ikinci Qarabağ müharibəsi regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açır. Bu, xüsusən də kommunikasiyaların və yeni daşınmalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.
Göründüyü kimi, bu dəhlizin açılması düşmən ölkə üçün də faydalıdır. Ermənistanın böhrandan çıxması, öz iqtisadiyyatını nizama salması, yoxsulluğun, işsizliyin aradan qaldırılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti qalib, diktə edən tərəf olmasına baxmayaraq yenə də məsələlərə bəşəri dəyərlər, insanlıq mövqeyindən yanaşır, sülhün, əməkdaşlığın təmin olunmasına böyük üstünlük verir. Bunu Ermənistanın hakim dairələri, erməni xalqı, eləcə də təcavüzkarlara dəstək verən ölkələr də dərk etməli və qiymətləndirməlidirlər”, deyə millət vəkili Tahir Rzayev bildirib.