Bu layihəyə mən də uğurlar arzu edirəm. Ulu öndər Heydər Əliyevin “iki dövlət, bir millət” şuarı var. İndi isə bu şuar “iki dövlət, bir media” kimi formalaşır.
Trend-in məlumatına görə, bunu REAL televiziyasının rəhbəri, jurnalist Mirşahin Ağayev bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.
Layihəyə uğurlar arzu edən M.Ağayev bildirib ki, Ulu öndər Heydər Əliyevin “iki dövlət, bir millət” şuarı var. İndi isə bu şuar “iki dövlət, bir media” kimi formalaşır:
“Sentyabrda birgə media platformasının yaradılmasının əhəmiyyəti sonradan özünü göstərdi. Vətən müharibəsi dövründə Azərbaycan və Türkiyə vahid media platformasında iştirak etdi. Atəşə məruz qalmış rayonlarımıza səfərlər zamanı türkiyəli həmkarlarımızın bizimlə çiyin-çiyinə necə çalışdıqlarının şahidi olurduq”.