2021-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində keçirilən müsabiqədə əsas diqqət ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsinə yönəlib.
Müsabiqənin məqsədi hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, Azərbaycançılıq ideyası, milli mənəvi dəyərlərə ehtiramın, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, eləcə də ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğidir.
Hərbi hissələrdə birinci mərhələ üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb. Yekun mərhələdə isə xüsusi komissiya tərəfindən Azərbaycan Ordusu üzrə müsabiqənin qalibləri müəyyən ediləcək.