Home Manşet Fransanın “Lagazetteaz.fr” qəzeti Qarabağda Ermənistanın müharibə cinayətlərindən bəhs edən məqalə dərc edib

Fransanın “Lagazetteaz.fr” qəzeti Qarabağda Ermənistanın müharibə cinayətlərindən bəhs edən məqalə dərc edib

253
0
SHARE

Fransanın “lagazetteaz.fr” onlayn qəzetində Qarabağda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərindən bəhs edən məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, 2020-ci ilin noyabrında Azərbaycan ordusu tərəfindən Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon azad edildikdən sonra Bakı öz ərazilərini, demək olar ki, 30 illik işğal nəticəsində Ermənistan tərəfindən yalnız insani baxımından deyil, həm də mədəni və maddi dəyərlər baxımından vurulan zərərləri hesablamağa başlayıb.

1991-ci ildən bəri məhv etdiyi bu ərazini nəyin bahasına olursa-olsun qorumaq üçün İrəvanın törətdiyi mümkün hərbi cinayətləri qiymətləndirmə vaxtı gəlib çatıb.

Həqiqətən, iki ölkə müstəqillik qazandıqdan bəri Ermənistanla Azərbaycan arasındakı münaqişə kontekstində beynəlxalq hüquq İrəvanı 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatında bütün işğalçı qüvvələrin dərhal geri çəkilməsini və erməni təcavüzünə son qoyulmasını tələb edən dörd qətnaməyə səs verməklə qınadı. Bütün bunların isə heç bir əhəmiyyəti olmadı. Münaqişə bitdikdən bəri, Bakı artıq Beynəlxalq İnsan Hüquqları Federasiyasının diqqətinə çatdırdığı bir neçə müharibə cinayətinə dair hüquqi istintaqa başlaya bilib.

Görünür ki, Ermənistan keçən payızda baş verən ikinci Qarabağ münaqişəsi zamanı İskəndər-M ballistik raketlərindən istifadə edib. Azərbaycan ordusunun sərəncamında topoqrafik xəritəsi olmayan və İrəvanın bu xəritələri verməkdən imtina etdiyindən azərbaycanlı əsgərlər üçün son dərəcə təhlükəli olan minalardan təmizləmə əməliyyatları zamanı, İskəndər-M raketlərinin bir neçə qalığı aşkar edilib. Ermənistan tərəfindən, hətta Baş nazir Nikol Paşinyan da təsdiqlədiyi kimi, bu raketlərin istifadəsi, onların əldə edilməsi haqqında bir çox suallar doğurur. Rusiya istehsalı olan bu raketlərin uçuş məsafəsi 500 kilometrə qədərdir və yalnız Rusiya qoşunları tərəfindən istifadə üçün nəzərdə tutulub.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan həmçinin Azərbaycanın mülki əhalisini başqa tipli ballistik raketlərlə atəşə tutdu ki, bu da beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinin açıq şəkildə pozulması idi.

11 və 17 oktyabr 2020-ci il tarixlərində SCUD B raketləri ilə Gəncənin yaşayış sahələrinə zərbələr endirildi və nəticədə mülki vətəndaşlar arasında ağır itkilər oldu. Eyni zamanda Mingəçevir su elektrik stansiyasına və Şuşa şəhərinə də raketlər atılmışdı. Mülki şəxslər arasında yaralananlar da olmuşdu. Ancaq bu hələ də hamısı deyil. Aparılan bu istintaq tədbirləri zamanı, Azərbaycan müharibə cinayətləri ilə bağlı bütün beynəlxalq konvensiyaları pozan kütləvi məzarlıqlar da aşkar edilib.

Bu sözügedən bombalar səbəbindən mülki şəxslər arasında itkilərin sayı 100-ə çatır və 400-dən çox yaralı olduğu təxmin edilir. Erməni ordusunun generallarından biri Movses Hakobyan özü bunu bir müddət əvvəl istefaya getmədən əvvəl etiraf etdi.

Bu səbəbdən, hər cəsədin adının tapılması və uzun müddətdir ki, davam edən qarşıdurmanın bilavasitə qurbanlarına ehtiram göstərmək üçün hələ çox iş görülməlidir. Azərbaycan bu həlak olanların qanının yerdə qalmaması üçün bütün zərərin əvəzini tələb etmək və Ermənistanı törətdiyi hər bir hərbi cinayətə görə istintaqa cəlb etmək niyyətindədir. Beynəlxalq hüququn bərqərar edilməsində və ona əməl edilməsi istiqamətində regionun güclü ölkələrinə güvənə bilmək lazımdır, ancaq eyni zamanda da Rusiyadan bu tip silahların Ermənistana verilməsindəki rolunu da aydınlaşdırmaq lazımdır. 2004-cü ildə Ermənistanın ballistik raketlərin qarşıdurmada istifadəsini qadağan edən hüquqi baza yaradan Haaqa Davranış Kodeksi təşəbbüsünü imzalamasına baxmayaraq, İrəvan buna əməl etmədi.

Məqalədə vurğulanır ki, Qarabağın 27 illik işğaldan sonra Azərbaycana qaytarılmasından sonra bölgədəki beynəlxalq hüququn tam bərpası üçün artıq vaxtdır. Hər iki münaqişə tərəfi arasında uzun müddətdir davam edən atəşkəs sazişinin imzalanmasına nail olan Moskvanın isə burada həlledici rolu var.