Home Manşet Tahir Rzayev: Radikal müxalifət qələbəmizə deyil, faciələrimizə, ağrılarımıza, itkilərimizə sevinir

Tahir Rzayev: Radikal müxalifət qələbəmizə deyil, faciələrimizə, ağrılarımıza, itkilərimizə sevinir

590
0
SHARE

“Bu gün Azərbaycan Prezidentinin qətiyyətini, siyasətini, müzəffər ordumuzun qələbəsini, şücaətini, xalqımızın birliyini tək azərbaycanlılar deyil, bütün Türk dünyası alqışlayıb, bu uğurlarımıza sevindiyi halda, nədənsə bu sevinci daxildə olan bəzi bədxahlar, xüsusilə radikal müxalifət həzm edə, yaşaya bilmir. Onlar bu tarixi qələbəni nəinki təqdir edirlər, əksinə, onu gözdən salmağa, məğlubiyyət kimi qələmə verməyə çalışırlar”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, radikal müxalifət qələbəmizə deyil, faciələrimizə, ağrılarımıza, itkilərimizə sevinir: “Onlar minaya düşən jurnalistlərimizin, vətəndaşlarımızın ölümünü, Şuşanın mədəniyyət paytaxtı elan edilməsini, işğaldan azad olunan ərazilərimizin əkinə hazırlanmasını siyasi şouya çevirirlər. Əli Kərimli Şuşanın qoruq şəhəri kimi qorunmasını onun iqtidar tərəfindən “zəbt edilməsi”, torpaqların əkilməsini, minadan təmizlənməsini məmurların bu torpaqlardan bəhrələnməsi, insanların Şuşaya buraxılmamasını bir faciə, Arif Hacılı iki jurnalistin ölümünü iqtidarın günahı, sakinlərə öz ata – baba torpaqlarına getməyə icazə verilməməsini bir məğlubiyyət kimi qiymətləndirərkən nəyə əsaslandırdıqlarını bilirlərmi? Yalnız ağlı başında olmayan insan və düşmən bu qənaətdə ola bilər. Müxalifət nədən ermənilərdən minalanmış sahələrin xəritəsini tələb etmir, şəhidlərimizin halına acımır? Çünki fikirdə, istəkdə ermənilərlə yekdildirlər. Əgər düşmən hər tərəfi minalayıbsa, işğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə oturmaq, dincəlmək üçün bir yer, xəstəxana, ictimai – iaşə obyekti, ev, sığınacaq yoxdursa əhali o yerlərdə gedib nə etməlidir? İnsanların təhlükəsizliyi, sağlamlığı dövlətimiz üçün çox önəmlidir. Əli Kərimli, Arif Hacılı və başqaları bunu dərk etmirlər. Onlar heç dəyişməyiblər, 1990 – cı illərin əvvələrində, vəzifədə olduqları günlərin abı – havasındadırlar. Silah üzü görməyən uşaqları küçələrdən maşınlara doldurub cəbhəyə göndərdikləri və ölümlərinə səbəb olduqları, əhalini arxasız qoyduqları, Şuşanı, Kəlbəcəri, Laçını və digər əraziləri satdıqlarını, çətin gündə qaçıb tayalıqda gizləndikləri günləri yəqin ki, unutmamışlar. Bilsələr ki, xalq da o günləri unutmayıb və dövlətimizə düşmən olan müxalifət bizim hər birimizin düşmənidir. Gec – tez onlar da erməni qardaşlarının yanına gedəcəklər”.