Home Manşet Tahir Rzayev: Azərbaycan – Türkiyə müttəfiqliyi xalqlarımızı xoşbəxt gələcəyə aparır

Tahir Rzayev: Azərbaycan – Türkiyə müttəfiqliyi xalqlarımızı xoşbəxt gələcəyə aparır

572
0
SHARE

“Strateji əhəmiyyətə malik olan Azərbaycan – Türkiyə əməkdaşlığının, dostluq və qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu qardaşlıq tarixi köklərə, milli – mənəvi dəyərlərə, nəcib amallara arxalanır. “Bir millət iki dövlət”, “Azərbaycan – Türkiyə dostluğu əbədi və sarsılmazdır”, “Sevincimiz, kədərimiz birdir” kəlmələri hər iki xalqın dilinin əzbəridir və bu sözdə deyil əməldə, fəaliyyətdə də özünü aydın göstərir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Türkiyə Prezidenti cənab Tayyib Ərdoğanın Azərbaycan xalqı üçün unudulmaz bir gün olan Milli Qurtuluş Günündə ölkəmizə səfəri tarixi bir hadisədir. Qardaş ölkənin rəhbərinin işqğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşaya getməsi, orada Azərbaycan – Türkiyə münasibətlərinə böyük töhvə verəcək sənədlərin imzalanması bu səfərin əhəmiyyətini artırmaqla, dostluğumuzun yenilməzliyinə, əbədi olmasına bir sübutdur. Bu, 44 günlük müharibədə olduğu kimi, imzalanmış sənədlərdə də özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev bildirir ki, “Türkiyə – Azərbaycan əlaqələri eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Millət vəkilinin sözlərinə görə, Türkiyə – Azərbaycan arasındakı çoxsahəli əlaqələr, strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr göstərir ki, dövlətlərimizin strateji əməkdaşlığı regionun təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir və mühüm önəm daşıyır. Müttəfiqlik münasibətləri haqqında Şuşada imzalanmış tarixi sənəd hər iki dövlətin bundan sonra da çiyin – çiyinə olacağına, ölkələrimizin təhlükəsizliyi üçün birgə mübarizə aparılacağına zəmanət olmaqla bərabər, regionda sülhün – əminamanlığın bərqərar edilməsinə göstərilən inamlı təşəbbüsdür. Türkiyə Prezidenti dəfələrlə xatırladıb ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu həm xoş gündə, həm çətində dünyaya bir mesaj idi. Müharibə dövründə də, Tayyib Ərdoğanın bu səfərində də söylənilən fikirlər bir daha öz təsdiqini tapdı.

“Bəli Türkiyə – Azərbaycan bir yerdədir, qardaşdır. Bu amal, bu qardaşlıq dövlətlərimizi yeni – yeni uğurlara qovuşduracaq”, -deyə komitə sədri vurğulayıb.