Home Manşet Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans...

Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans keçirilib

723
0
SHARE

Bu gün Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans keçirilib.

Konfransı universitetin rektoru, professor Əhməd Vəliyev qonaqları salamlayaraq açıb. Azərbaycanın böyük qələbəsinin əhəmiyyətindən danışan Əhməd Vəliyev təhsil işçilərinin əsas vəzifəsinin bu şanlı tarixi yeni nəsillərə ötürməsindən ibarət olduğunu bildirib. Daha sonra konfrans Milli Məclisin üzvü, politoloq Fazil Mustafanın çıxışıyla davam edib.

O bildirib ki, Şuşa bəyannaməsi diplomatik qələbəmizin ən mühüm hissəsidir, bəyannamə göstərdi ki, artıq Azərbaycan və Türkiyə məsələlərə bir dövlət kimi baxa bilir. Konfransda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, Hikmət Babaoğlu bildirdi ki, tarix böyük şəxsiyyətləri deyil, böyük şəxsiyyətlər tarix yaradır və biz bunun canlı şahidi olduq.

Politoloq Şəbnəm Həsənova Şuşa bəyannaməsinin imzalandığı məkana diqqətləri çəkərək, arxa fonda erməni vandalizminə məruz qalmış tikilinin dünyaya Azərbaycan xalqının dağıdıcı deyil, əksinə qurucu niyətini göstərdiyini dilə gətirdi. Politoloq Sahil İskəndərov möhtəşəm tarixi hadisələrin gənclərə aşılanmasının əhəmiyyətini xüsusi vurğuladı. Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının rəhbəri, professor Elşad Məmmədov Şuşa bəyannaməsinin sabitlik və yeni imkanlara zəmanət verdiyini və nəticədə Azərbaycanın ciddi iqtisadi və siyasi inkişaf görəcəyini vurğuladı. Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professoru Cümşüd Nuriyev bildirdi ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, MDB məkanının ən irəlidə gedən ölkəsinə çevrilib.

Qeyd edək ki, tədbirə 40-dan çox izləyici qoşulub.