Home Manşet Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib

Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib

495
0
SHARE

“Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu həm işğal altında saxladığı torpaqlarımızda, həm də transsərhəd çaylarımızda baş verib. Cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub. Şübhəsiz ki, onun bu əməlləri öz hüquqi qiymətini alacaq və mütləq cəzalandırılacaq”. Bu fikirləri tan.az-aya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, ancaq bu məsələnin yalnız bir tərəfidir: “Başqa mühüm bir tərəfi isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn; Almaniyanın CRONIMET Holding GmbH şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən, hətta zaman-zaman Azərbaycanı bu məsələlərdə ciddi şəkildə qınayan Almaniya mətbuatı və hökuməti isə nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini eşitməzlikdən gəlir: “Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni ört-basdır etməklə ictimai gündəmdən çıxarmağa çalışır. Bu ölkənin” Yaşıllar” Partiyası isə ümumyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür. Deməli, belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq belə pis əməl sayılmır. Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün hələ bir informasiya terroru da həyata keçirir. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir. Ancaq Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq”.