Home Manşet Hikmət Babaoğlu: Diplomatiya mümkün olmayanı mümkünetmə sənətidir

Hikmət Babaoğlu: Diplomatiya mümkün olmayanı mümkünetmə sənətidir

403
0
SHARE

Diplomatiya milli gücün beyni hesab olunur. Milli gücün kəmiyyətlə keyfiyyət komponentlərinin məcmusu və o potensialın gücə çevrilməsi məhz diplomatiya ilə əlaqədardır. Diplomatiya həm də mümkün olmayanı mümkünetmə sənəti adlandırılır. Buna görə də dövlətlərarası münasibətlərdə diplomatiya çox mühüm bir peşə kimi beynəlxalq nizamın keyfiyyətini təyin edən bir vasitədir. Sevindirici haldır ki, Azərbaycanda da çox peşəkar, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, diplomatik müstəvidə ideya və fikir istehsal etməyi bacaran, xalqımızın, dövlətimizin diplomatiya sahəsində maraqlarını çox səmərəli şəkildə realizə etməyi bilən çoxsaylı diplomatik korpusumuz mövcuddur. Diplomatiya institutu, şübhəsiz ki, hər bir ölkənin siyasi sistemi və onun müəyyənləşdirdiyi xarici siyasət strategiyası ilə üzvi şəkildə bağlıdır. Milli maraqlarımıza söykənən, universal və tarazlaşdırılmış xarici siyasətin həyata keçirilməsində milli diplomatlarımızın çox böyük rolu var. Diplomatiyanın keyfiyyəti isə xalqı milli məqsədlərə çatdıran vasitə kimi çıxış etməkdədir. Ona görə də diplomatlar üçün xüsusi bir günün ayrılması, onların peşə bayramının qeyd olunması da təqdirəlayiq haldır. Əgər beynəlxalq nizamı xalqların mübarizə platforması kimi qiymətləndirsək, onda qeyd edə bilərik ki, diplomatik cəbhədə Azərbaycan adından savaşan məhz bizim diplomatlarımızdır. Bu işdə onların hər birinə uğurlar arzu edir, Azərbaycan diplomatiya institutunun daha da inkişaf etməsini və xalqımıza daha çox mənfəətlər gətirməsini diləyirik.