Home Manşet Aydın Hüseynov: Ölkəmizdə statusundan asılı olmayaraq heç kim qanunlara hörmətsiz yanaşa bilməz

Aydın Hüseynov: Ölkəmizdə statusundan asılı olmayaraq heç kim qanunlara hörmətsiz yanaşa bilməz

673
0
SHARE

Ölkəmiz bu gün pandemiya qarşı mübarizədə nümunəvi xarakterə malikdir. Dövlətimiz insanların sağlamlığını üstün tutaraq bütün istiqamətlərdə fundamental tədbirlər həyata keçirən ölkələr sırasındadır. Məhz bunun nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda yoluxmanın və xəstəliyin faiz nisbəti aşağı səviyyədədir. Bütün bunların davamı olaraq dövlətimizin bu istiqamətdə atdığı addımlar ardıcıl və sistemlı olaraq davam edir. Amma bəzi hallarda mövcud qaydaları və tələbləri pozanlara da rast gəlinir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Depuat qeyd edib ki, bu gün cəmiyyətimizdə qanunla tənzimlənmiş qaydalara riayət etməyənlər də var: ”Bu qaydalara riayət etməyənlər sırasında tanınmış şəxslər də mövcuddur. Bu şəxslər məhz belə bir addım atmaqla ümumi prinsipləri deyil, müəyyən şəxsi mənafeləri əsas tutaraq qaydalara zidd hərəkətlərə yol veriblər”.

Millət vəkili vurğulayıb ki, bu cür tədbirləri təşkil edənlər qanun qarşısında məsuliyyət daşımaqla bərabər mənəvi məsuliyyət də daşıyırlar:

“Hər kəs bilməlidir ki, ölkəmizdə statusundan asılı olmayaraq heç kim qanunlara hörmətsiz yanaşa bilməz. Əks təqdirdə belələrinə qarşı ciddi tədbirlər görüləcək. Çünki Azərbaycan Prezidentinin mövqeyi ilə qanunun aliliyini vəhdət təşkil edir. Bu mənada hüquqi dövlətdə yaşayırıqsa, qanunu pozanlar da hüquqi məsuliyyətə cəlb edilməlidir. Məhz bu səbəbdən də sabiq deputat İlham Əliyevin ailəsində təşkil olunmuş toy mərasimi cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Müvafiq qurumların və Yeni Azərbaycan Partiyasının bu məsələdə qəti mövqeyi isə ölkəmizdə qanunun aliliyinə hörmətin növbəti təzahürüdür.

Aydın Hüseynov bildirib ki, Prezident hər zaman bu cür qaydalara öz şəxsi nümunəsində bir davranış nümayiş etdirib: ”Hər bir şəxs üçün də bu tələblər örnək olmalıdır. Biz pandemiyaya qarşı birlikdə mübarizə aparmalı və qanunlara nümunəvi fəaliyyətimizlə əməl etməliyik”.