Home Cəmiyyət Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

263
0
SHARE

ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Fərid Əliyev hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasından müalicə üçün Gəncə Şəhər Mərkəzi Xəstəxanasına aparılır.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hazırda F.Əliyevin vəziyyəti qənaətbəxşdir.

XXX

10.38

ANAMA əməkdaşı Fərid Əliyev mina partlayışı zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, o, hazırda tibbi müayinədən keçirilir.

ANAMA vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb:

“İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.

Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Twitter: @ElchinMehdiyev