Bakı. Elçin Mehdiyev – Trend:
1768 km uzunluğunda olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BP-dən Trend-ə verilən məlumata görə, Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənib və yola salınıb.
2021-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənib.
Twitter: @ElchinMehdiyev