Home Manşet Heç kim istəmir ki, qapanma olsun, amma… – Naqif Həmzəyev

Heç kim istəmir ki, qapanma olsun, amma… – Naqif Həmzəyev

284
0
SHARE

Bakı. Trend:

Hökumət tərəfindən vaksinlər Azərbaycana gətirilsə və yanvar ayından etibarən peyvəndlənmə prosesinə start verilsə də vətəndaşlarımızın böyük əksəriyyəti hələ də vaksin vurdurmayıblar. Bu da yoluxmanın artmasına təsir göstərir. Düşünürəm ki, qorunmanın optimal yolu vaksin vurdurmaq, bununla da həm özünü həm də ətrafını qorumaqdır.

Trend-in məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, insanlar ən qısa zamanda öz növbələrini götürərək, peyvənd vurdurmalıdırlar:

“Əks halda bizi payız aylarında daha çətin vəziyyət gözləyə bilər. Bu da istər istəməz sərt qərarların qəbul olunmasını zəruriyyətə çevirər. Heç kim istəmir ki, yenidən sərt qərarlar tətbiq edilsin, qapanmalar olsun. Bu baxımdan da mən bütün vətəndşlarımızı vaksin vrdurmağa və dövlətin koronavirusla mübarizədə həyata keçirdiyi tədbilərə dəsətək olmaa çağırıram”.“Bizi payız aylarında daha çətin vəziyyət gözləyə bilər”

Naqif Həmzəyevin fikrincə, bu da istər istəməz sərt qərarların qəbul olunmasını zəruriyyətə çevirər:

“Çox təəssüflər olsun ki, son dövrdə koronavirusa yoluxmada artım müşahidə edilir. Bildiyiniz kimi, yaz aylarında yoluxma sayında azalma müşahidə edildiyi üçün Operativ Qərargah tərəfindən mərhələli şəkildə yumşaldılmaya gedildi. Amma təəssüflər olsun ki, vətəndaşlar yumşaldılma qərarından sonra məsuliyyət hissini unutdular. Xüsusilə toy məclislərində əksər hallarda qaydalara riayət olunmadı. Bu da yoluxma sayının artmasına gətirib çıxardı. Heç kim istəmir ki, yenidən sərt qərarlar tətbiq edilsin, qapanmalar olsun. Bu baxımdan da mən bütün vətəndşlarımızı vaksin vrdurmağa və dövlətin koronavirusla mübarizədə həyata keçirdiyi tədbilərə dəsətək olmaa çağırıram”.