Home Gündəm Göygöl rayonunun ilk şəhidi Ceyhun Niftəliyevin il mərasimidir

Göygöl rayonunun ilk şəhidi Ceyhun Niftəliyevin il mərasimidir

555
0
SHARE

Bu gün Vətən müharibəsində Göygöl rayonunun ilk şəhidi Ceyhun Niftəliyevin il mərasimidir. Bununla əlaqədar olaraq Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu şəhidin ailəsini ziyarət etmiş, yaxınlarına, əzizlərinə baş sağlığı diləmişdir. Deputat bildirdi ki, Vətən yolunda şəhid olan hər bir Azərbaycan əsgəri bütün Azərbaycan xalqının övladıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilməklə bütün şəhidlərimizin qisası alındı. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhidlərimizin ailələrinin yanındadır. Şəhidimizin xoş xatirəsini hörmət və sevgiylə anır, doğmalarına səbr diləyirik. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!