Home Gündəm Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri Moldovanın xəbər portalında da işıqlandırılıb

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri Moldovanın xəbər portalında da işıqlandırılıb

313
0
SHARE

Bakı. Trend:

Moldovanın nüfuzlu xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü ilə bağlı məqalə dərc edilib.

Trend xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Cəbrayıl rayonunun inkişafı ilə bağlı fikirləri yer alıb.

“Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq”, – deyə dövlətimizin başçısının sitatlarına istinadla qeyd edilib.

Prezident İlham Əliyevə istinadla vurğulanıb ki, artıq Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı olub. Araz vadisi iqtisadi zonasının təməli qoyulub, artıq ilkin maliyyə vəsaiti ayrılıb, ilkin investorlar da müəyyən olunub. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Həmçinin Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. Bizə dost, qonşu olan iki ölkə Azərbaycana bu cür münasibət bəsləyir, Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir.