Home Gündəm Rusiya Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasının tərəfdarıdır – XİN...

Rusiya Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasının tərəfdarıdır – XİN rəsmisi

249
0
SHARE

Moskva Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinq zamanı deyib.

O bildirib: “Ümumi vəziyyətə gəldikdə, biz ümid edirik ki, müddəaların icra olunması ilə Bakı-Yerevan münasibətlərinin normallaşması, o cümlədən mövcud ikitərəfli mürəkkəb məsələlər baxımından zəruri şərtlər yaradılacaq”.