Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordudur. 2016-cı ilin Aprel döyüşlərində dörd gün ərzində düşmənə güclü zərbə vuran, onları darmadağın edən, 2020-ci il iyul ayında dövlət sərhədimizi pozmağa çalışan ermənilərə anında qarşısını alan Azərbaycan Ordusunun nəyə qadir olduğunu həm işğalçı erməni hökuməti, həm də beynəlxalq ictimaiyyət gördü.
Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, illərdir təcavüzkarlıq siyasətini davam etdirən erməni hakimiyyəti əməllərinə bəraət qazandırmaq üçün cilddən-cildə girirlər. Son hadisələri bir daha göstərdi ki, işğalçı Ermənistan həm hərbi arenada, həm də beynəlxalq arenada tamamilə məğlub olub.
Ölkə Prezidenti İlham Əliyev təcavüzkar dövlətin əsas məqsədinə diqqət çəkərək bildiririb ki: “Düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi – dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək.”
Tovuz hadisələri Azərbaycanda ölkə daxilində və xaricində ölkə başçısına, Ali Baş Komandana yekdilliklə dəstəyin, inamın, güvənin olduğunu bir daha göstərdi. Hər kəs bir nəfər kimi ümumi amal naminə birləşdi və torpaqlarımızın müdafiəsi üçün ölkə başçısına dəstək nümayiş etdirdi. Azərbaycan xalqının birliyi, Ali Baş Komandan ətrafında sıx birləşməsi, Orduya qeyd-şərtsiz dəstək və sevgi göstərməsi Ermənistanı daha da lərzəyə saldı. Onlar bir daha anladı ki, Azərbaycan öz əzəli torpaqlarını unutmayıb və hər bir Azərbaycanlının ürəyi Qağlıq Qarabağla döyünür.
Təcavüzkar xislətindən əl çəkəyən erməni hakimiyyəti aqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərdi. Vətənin keşiyində ayıq-sayıq dayanan igid hərbiçilərimiz Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun hiyləgər məqsədinin, cəbhədə vəziyyətin gərginləşdirilməsinin qarşısını anında aldı. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülməsi qəhrəman Azərbaycan Ordusunun hərbiçilərinin ayıq-sayıqlığını, səriştəsini yenidən göstərdi.
Tezliklə isə gündən – günə güclənən, qüvvətlənən şanlı Azərbaycan ordusunun qələbə sorağı işğal altında oan Qarabağdan, Şuşadan, Xankəndindən gələcək.