Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib.
tan.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun.
“Könlüm quşu qanad çalmaz,
Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)”
Qeyd edək ki, Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.