Home Cəmiyyət Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)

Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)

247
0
SHARE

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində müvafiq sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

tan.az-ın məlumatına görə göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.