Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok arasında geniş tərkibli görüş keçirilir.
Bu barədə Ceyhun Bayramov rəsmi tvitter səhifəsində paylaşım edib.
Qeyd edək ki, Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Bakıda rəsmi səfərdədir. Daha əvvəl İvan Korçok Prezident İlham Əliyev tərəfindən də qəbul olunub.