İqtisadiyyat və bütövlükdə maliyyə münasibətlər sistemi daima dinamik olduğu üçün müxtəlif qlobal və daxili təsirlərə həmişə həssas olur. Bu isə daxili tədavül və tədiyyə vasitəsi kimi pul vahidinin alıcılıq qabiliyyətinə təzyiq eməklə yeni dəyər norması yaradır. Nəticədə ərzaq səbətinin məzənnəsi dəyişir və vətəndaşların ailə büdcəsi planlamalarında çətinliklər yaranır. Hazırda dünya bazarında pandemiyanın yaratdığı iqtisadi passivlik və digər təsiredici amillər nəticəsində ölkəmizə idxal edilən məhsulların qiymətində və bütövlükdə bazar münasibətlərində dəyişikliklər müşahidə edilməkdədir. Ona görə də Azərbaycan belə hallarda ilk növbədə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirəsalmaz tədbirlər həyata keçirərək onların sosial rifahının yaxşılaşmasını təmin edir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı imzaladığı sərəncam da buna xidmət edəcək. Sərəncam iki milyona yaxın vətəndaşımızı əhatə etməklə onların sosial təminatlarını gücləndirəcək və qiymət artımına qarşı sosial immunitet rolunu oynayacaq. Hazırda ölkəmizdə illərdir həsrətlə gözlədiyimiz böyük qayıdış prosesi başlayıb və qısa müddətdə bu istiqamətdə çox böyük işlər görülüb. Ötən bir il ərzində işğaldan azad edilmiş ərazilərimizdə su, enerji və yol nəqliyyat kommunikasiyaları demək olar ki, bərpa olunub. Ağllı şəhər və kənd layihələri üzrə mühüm işlər icra edilir və bütün bunlar Azərbaycanın daxili imkanları hesabına, heç bir beynəlxalq bank yaxud maliyyə mərkəzindən kredit yaxud qrant cəlb edilmədən həyata keçirilir. Belə şəraitdə Azərbaycan Prezidentinin əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı qərarı Azərabycan Prezidentinin həyata keçirdiyi siyasətin təməlində vətəndaşlarımızın rifaının dayandığını əyani sübutudur.
Home Gündəm Azərbaycan dövləti təxirəsalamaz tədbirlər həyata keçirərək sosial rifahın yaxşılaşmasını təmin edir