Avropa İttifaqı (Aİ) Azərbaycana 9,1 milyon avro məbləğində humanitar yardım təqdim edib.
Məlumatına görə, bunu bu gün “Aİ Azərbaycan üçün” fotosərgisində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
O bildirib ki, Aİ bütün region üçün 17 milyon avroya yaxın vəsait ayırıb: “Bunun 9,1 milyonu, o cümlədən 2,5 milyon avro minaların təmizlənməsi üzrə tədbirlər üçün Azərbaycana ayrılıb. Biz möhkəm tərəfdaşlığın qurulması məqsədilə əməkdaşlığı davam etdirəcəyik”.