Home Cəmiyyət 2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu...

2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu – Hikmət Hacıyev

208
0
SHARE

2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu. Nəhayət ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı və “Qarabağ Azərbaycandır” şüarı ilə torpaqlarımızı işğaldan azad etdik.

Bunu, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda Türk Şurasının Media forumunda çıxışı zamanı deyib.

H.Hacıyev çıxışında Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi və diplomatik dəstəyini xüsusi qeyd edib:

“Həmin dövrdə qardaş Türkiyənin nəbzi, qəlbi Azərbaycanla vururdu və nəhayət ki, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda Türk Şurası ölkələri 44 günlük müharibə dövründə Azərbaycan xalqına dəstəyini əsirgəmədilər. Qardaş Türkiyənin media sahəsində Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyn etmək istərdim. Çiyin-çiyinə savaşaraq bu informasiya müharibəsində də qalib gəldik”.