Home Cəmiyyət Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

248
0
SHARE

Oktyabrın 24-də Böyük Britaniya Birləşmiş Krallığının paytaxtı Londonda 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək.

Tədbirdə Milli Məclisin adından Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edəcək.

Keçiriləcək aksiyada Böyük Britaniyadakı azərbaycanlı icmasının üzvləri, diplomatik korpusun nümayəndələri və Birləşmiş Krallığın deputatlarının iştirakı gözlənilir.