Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun istefası qəbul edilib.
YAP-dan Trend-ə verilən məlumata görə, S.Novruzov istefa ilə bağlı YAP İdarə Heyətinə müraciət edib və İdarə Heyəti istefa müraciətini təsdiq edib.
Qeyd edək ki, bir müddət öncə Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa etmişdi.