Home Biznes və iqtisadiyyat xəbərləri Mərkəzi Bank gələn il üçün inflyasiya proqnozunu açıqlayıb

Mərkəzi Bank gələn il üçün inflyasiya proqnozunu açıqlayıb

248
0
SHARE

2021-ci ilin yekunlarına əsasən Azərbaycanda inflyasiya orta hesabla 6,2-6,5 faiz səviyyəsində gözlənilir.

Bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

O bildirib ki, gələn il orta inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.

Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.