Home Cəmiyyət Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün...

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalıdır – Aleksandr LukaşenkoCənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalıdır – Aleksandr Lukaşenko

220
0
SHARE

Noyabrın 8-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aleksandr Lukaşenko Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.

Belarus Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.

Prezident Aleksandr Lukaşenko çoxillik Qarabağ münaqişəsinin bütün qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş və qan tökülməsinə son qoymuş Bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.