Niderlandda və Belçikada koronavirusdan sağalmış iki nəfərdə təkrar yoluxma qeydə alınıb.
Trend-in məlumatına görə, Niderlandda təkrar yoluxma immun sistemi zəifləmiş yaşlı şəxsdə aşkar edilib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Belçikada isə Löven şəhərində 3 ay əvvəl koronavirusdan sağalmış qadın təkrar yoluxub.
Hazırda virusoloqlar təkrar yoluxmanın təfərrüatlarının araşdırır.
Qeyd edək ki, bir neçə gün əvvəl Honq Konqda təkrar yoluxma faktı aşkar edilmişdi.