Home Cəmiyyət İqtisadi inkişafımız olmasaydı, qələbəmiz də olmazdı – Fəzail İbrahimli

İqtisadi inkişafımız olmasaydı, qələbəmiz də olmazdı – Fəzail İbrahimli

239
0
SHARE

Azərbaycanın bu cür dövlət büdcəsi olmasaydı, iqtisadi inkişafımız olmasaydı, qələbəmiz də olmazdı.

Bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zamanı deyib.

F.İbrahimli qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə torpaqlarını 30 illik işğaldan azad etdi:

“Bu qələbənin arxasında dövlətin uzunillik fəaliyyəti dayanır. Əgər indiyə qədər bu cür iqtisadi inkişafımız, bu cür büdcəmiz olmasa idi, bu qələbəmiz də olmazdı,” – deyə F.İbrahimli bildirib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.