Home Cəmiyyət Tanınmış hərbi həkim 42 yaşında vəfat etdi…

Tanınmış hərbi həkim 42 yaşında vəfat etdi…

263
0
SHARE
Azər Əkbərov

Azərbaycanda tanınmış hərbi həkim, beyin cərrahı Azər Əkbərov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 42 yaşlı həkimin uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, A. Əkbərov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O, həmin akademiyanı birinciliklə bitirib. Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.

Azər Əkbərov tibb xidmət mayoru olub. Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.