Ermənistan parlamentində “Əriklər ölkəsi” partiyasının təmsilçisi, eks-deputat Zarui Postanjyan öz çıxışında azərbaycanlılara və türklərə qarşı təhqiramiz ifadələr işlədib.
Deputat Arzu Nağıyev məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasına deyib ki, Zarui Postanjya etik normaları bilməyən bir şəxsdir:
“Ermənistan dövlətinin istər xarici, istərsə də daxili siyasətində terror, təxribat, vandalizm, milli ədavət, təhqir və ikiüzlülük daim əsas xətt olub. Bu dəfələrlə istər uşaq baxçası səviyyəsində, istər yaşlı nəsil, istər fəhləsi, istərsə də ziyalısı tərəfindən daim qabardılıb. Saxta tarix, ərazi iddiaları, müxtəlif dövlətlərin etibarından sui istifadə bunlar üçün gündəlik adi bir haldır. Təbii ki, bu hallar özlərini siyasətçi adlandıran bir sıra qondarma insan haqları müdafiəçiləri və deputatlara da aiddir. Bunlar da biri də Ermənistan parlamentinin eks deputatı Zarui Postanjyan kimi etik normaları bilməyən, irqi ayrı seçkiliyi özü üçün siyasi xətt seçən bir şəxsdir.
Deputat bildirib ki, Ermənistanda türklərə və azərbaycanlılara qarşı ən çirkin formada nifrət aşılanır:
“Məlumdur ki, ermənilərin siyəsətində “birləşdiriçi” ideya kimi kilsə, qondarma souqırım və qarabağ məsələsi daima olub. Bu gün hər üç ideya fiaskoya uğrayıb, daha doğrusu Azərbaycan və Türkiyə qardaşlığı bunu məhv edib. Lakin gündəmdə qalmaq üçün Zarui Postanjyan kimiləri gah öz ərinin həbsini, təmsil etdiyi partiyanın adındakı əriklərin iylənməsini və qurumasını ortaya atır, erməni rasizmi üzərində öz ağılsız siyasətini qurur. Baxın , hər sözündə öz qonşuları olan türklərə və azərbaycanlılara qarşı ən çirkin formada nifrət aşılayır. Heç qadınlığından belə utanmayan bu məxluq sülh üçün yalvaran öz millətini belə heçə sayır. Bu kimi psevdosiyasətçidən ümummilli nifrət hissi duyulur. Bu necə bir siyasətçidir ki, öz millətinin belə gələcəyini düşünmür, sülh məramlarını şübhə altına qoyur. Elə buna görə də bu şəxs qınaq edilməlidir və hətta sözlərinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Təəssüf ki, qanunların işləmədiyi bir dövlətdə bu mümkün deyil. Lakin hər şey tək qanunla deyil, vicdanla və ya şərəflə də tənzimlənməlidir. Bunlar isə onlarda yoxdur. 44 günlük müharibənin məğlubiyyətini çox ağır şərtlərlə qəbul edən və nəticə çıxarmayan belə şəxslər öz xalqının da düşmənidir. Lakin reallıq göz qabağındadır , Zarui Postanjyan bunu istəsə də istəməsə”.