Home Cəmiyyət Nizami rayonunda Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı tədbir...

Nizami rayonunda Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı tədbir keçirilib

258
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və “Uğurcan” Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 229 saylı ortaməktəbdə 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş“Biz bir ailəyik” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrundacanlarını qurban vermiş qəhrəman Vətən övladlarının – şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəlirespublika xüsusi internat məktəbinin şagirdlərinin təqdimatındaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Uğurcan” Psixologiya Mərkəzinin rəhbəriGünay Ağazadə, 229 saylı orta məktəbin direktoru VüsaləMəmmədova, “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyiİdarə Heyətinin sədri Sevinc Əliyeva, YAP Nizami rayontəşkilatının sədri Ramil Vəlibəyov, fiziki məhdudiyyətliinsanların əl işlərindən ibarət sərginin rəhbəri, İnkluziv Təhsilüzrə mütəxəssis Kəmalə Abbasova, İctimai televiziyanınxəbərlər aparıcısı Jalə Həsənli, DOST Agentliyinin mətbuatkatibi Şahin Əliyev, yazıçı-şairə Fəridə Səxavətli və oymaçıAsif Qasımov deyiblər ki, dövlətimiz əlilliyi olan şəxslərinreabilitasiyası, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl siyasət aparır. Əlillərədövlət qayğısı barədə danışan natiqlər bildiriblər ki, bu sahədədövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindənuğurla davam etdirilir. Qeyd olunub ki, Prezident İlhamƏliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanınxüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəflisosial təminat və müasir reabilitasiya sistemi ilə əhatəolunmasına imkan yaradıb.

Çıxışlardan sonra Azəri atəşi rəqs qrupu, “Qayğı – Sağlam NəsilNaminə” İctimai Birliyin nəzdindəki Uşaq Reabilitasiya vəDaun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzlərinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublikaxüsusi İnternat Məktəbinin kollektivi, eləcə də görmə, hərəkətvə eşitmə məhdudiyyəti olan şəxslər rəqs nümunələri, musiqiliifalar təqdim ediblər. Eyni zamanda, eşitmə və danışmaməhdudiyyəti olan uşaqların “Biz xöşbəxtik!” çağırışı danümayiş etdirilib.

Sonda mükafatlandırma mərasimi olub.