Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü münasibəti ilə onu təbrik edənlərə təşəkkür edib.
tan.az xəbər verir ki, Mehriban xanım Əliyeva bu barədə öz rəsmi instagram hesabında açıqlama yayıb: “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”.
Qeyd edək ki, avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.