Home Biznes və iqtisadiyyat xəbərləri “Soçi görüşü cənab Prezidentin növbəti diplomatik uğurudur” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Soçi görüşü cənab Prezidentin növbəti diplomatik uğurudur” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

256
0
SHARE

Üç dövlət rəhbərinin noyabrın 26-da Soçi şəhərində keçirdiyi görüş və bu görüşlərdə səsləndirilən fikirlər, qəbul olunmuş bəyənat çox mühüm əhəmiyyət daşıyır və demək olar ki, Azərbaycan Pezidentinin mövqeyini tamamilə əks etdirir. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Cənab Putinin çıxışında Azərbaycanla münasibətlərə çox böyük önəm verilir, Azərbaycan Prezidetinin Rusiya-Azərbaycan münasibətlərində həyata keçirdiyi tədbirlər, görülən işlər yüksək qiymətləndirilir və hətta Rusiya Federasiyasının prezidenti bununla əlaqədar Azərbaycan rəhbərinə öz minnətdarlığını ifadə etmiş olur, əlbəttə ki, bu da qürur doğuran bir məsələdir və reallıqları əks etdirir.

“Həqiqətən də Azərbaycan Prezidenti cənan İlham Əliyevin düşünülmüş siyasəti sayəsində son illər Azərbaycan-Rusiya münasibətləri strateji bir mərhələyə daxil olub və son görüşlər, qəbul olunmuş bəyanatlar, son çıxışlar da bunu bir daha göstərir. Çünki, hər iki dövlət arasında ikitərəfli əlaqələr, qarşılıqlı maraqlar əsasında qurulub və demək olar ki, bütün sahələri, iqtisadiyyatı, ticarəti, mədəniyyəti, nəqliyyatı, elmi və digər sahələri əhatə edir. Bu, görüşdə səsləndirilən ifadələrdə də öz əksini tapdı və əlbəttə ki, bizim hər birimiz Rusiya-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsinə, qarşılıqlı əməkədaşlığın möhkəmləndirilməsinə tərəfdarıq. Çünki, Rusiya bizimlə qonşu dövlətdir, dünyada öz mövqeyi, öz yeri olan bir ölkədir və sevindirici haldır ki, 44 günlük müharibədə Rusiya tərəf kimi özünü göstərmədi və bu dövrdə bir növ həqiqətin, ədalətin yanında olduğunu, işğal altında olan torpaqların, Azərbaycan əraziləri olduğunu bildirdi və müharibəni Azərbaycanın daxili işi kimi qiymətləndirdi. Əlbəttə ki, bu müsbət bir haldır və müharibənin daha geniş yayılmaması üçün Rusiya özünün bir humanist təşəbbüsünü irəli sürdü və 44 günlük müharibə noyabr ayının 10-da dayandırıldı, məlum olduğu kimi 10 noyabr bəyanatı qəbul edildi. Ondan sonra da Rusiya sülhməramlılarının ərazilərdə gördüyü iş Putinin, eləcə də cənab İlham Əliyevin çıxışlarında qiymətləndirildi və bundan sonra da sülhməramlı tədbirlərin həyata keçirilməsi gündəmə gətirildi.

Əlbəttə ki, istər Azərbaycan Prezidentinin, istərsə də Rusiyanın dövlət başçısının səsləndirdiyi fikirləri hər iki dövlət üçün, digər tərəfdən bu gün böhran vəziyyətində yaşayan, çıxılmaz vəziyyətdə olan Ermənistan üçün çox vacibdir. Qəbul olunmuş bəyanatda da bu məsələlər aydın şərh olundu. Sözsüz ki, bu fikirlər, bu ifadələr bilavasitə Azərbaycan Prezidentinin, Azərbaycan xalqının mövqeyi ilə üst-üstə düşür və bizim arzuladığımız məsələlərdir. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi, bununla əlaqədar qəti tədbirlərin görülməsi diqqətə çatdırıldı, üçtərəfli kamissiyanın yaradılması və tez bir zamanda bu məsələnin həll olunması qərara alındı. Digər tərəfdən cənab Putinin çıxışlarında nəqliyyat, avtomobil yollarının açılması məsələsi də gündəmdə oldu və bu məsələnin həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan üçün vacibliyi bildirildi.

Sülh məsələsi də gündəmdə olan başlıca məsələ idi və Rusiya federasiyasının rəhbəri sonrakı gedişlərdə bu məsələnin həll olunmasının vacibliyini qeyd etdi və iki dövlət arasında bütün ziddiyyətlərin aradan qaldırılmasını vacib hesab etdi. Əlbəttə ki, bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi, əsir və girov məsələləri üzərində dayanılmaması onu göstərir ki, bu məsələlər bilavasitə arxa planda olan məsələlərdir və Azərbaycanın öz işidir. Burada Azərbaycanın gördüyü işlərə, Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlərə yüksək qiymət verilməsi onu deməyə əsas verir ki, gələcəkdə də Rusiya Azərbaycanın müvqeyini müdafiə edəcəkdir, çünki Azərbaycan haqqın, ədalətin tərəfində olan, heç bir dövlətin torpaqlarına göz dikməyən, təcavüzdən uzaq bir dövlət olmaqla əməli tədbirlərdə bunu əks etdirir və dünyaya nümayiş etdirməkdədir. Ona görə də Söçi görüşü Azərbaycan dövləti üçün çox mühüm əhəmiyyətə malik olan bir məsələdir və bu çıxışlarda, eləcə də bəyanatda səsləndirilən fikirlər deməyə əsas verir ki, bu məsələ bilavasitə Rusiyanın vasitəçiliyi ilə həyata keçiriləcəkdir. Çünki, istər cənab Putin, istər Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu məsələyə başqa bir dövlətin qarışmasına ehtiyac olmadığı göstərilir və dəfələrlə səsləndirilən fikirlərdə də heç bir yerdə Minsk Qrupunun, eləcə də digər dövlətlərin adı çəkilmədi. İfadə olundu ki, Avropa İttifaqı Brüsseldə Ermənistan-Azərbaycan dövlət rəhbərlərinin görüşünü keçirmək fikrindədir və cənab Putin də, elə cənab İlham Əliyev də bu məsələlərin bir təşəbbüs olduğunu və hərhansı bir dövlətin bu məsələdə təşəbbüs göstərib xeyirxah məqsədlər daşıdığını yüksək qiymətləndirdilər. Söçi görüşü, səsləndirildiyi kimi, bizim üçün əhəmiyyətlidir və elə bilirəm ki, bu görüşdə qəbul olunmuş bəyanatın müddəaları tez bir zamanda Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi sayəsində həyata keçiriləcək”, deyə Tahir Rzayev bildirib.