Home Cəmiyyət İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi –...

İƏT-in XV Zirvə Toplantısında verilən qərarlar Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi – Bəhruz Quliyev

217
0
SHARE

Azərbaycan dövlətinin və xalqının Qarabağ Zəfərindən sonra əsas hədəflərdn biri də azad işğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, həmçinin iqtisadi imkanların genişləndirilməsi oldu. Xüsusilə, Qarabağ iqtisadi regionu ilə yanaşı, Şərqi Zəngəzur iqtisadi regionunun yaradılaraq bu xüsusda işlərin sürətləndirilməsi, nəqliyyat və dəmir yolu dəhlizlərinin açılması istiqamətində başladılan işlər önəm kəsb edir. Bu mənada, Prezident İlham Əliyevin istər postsovet məkanında, istərsə də digər siyasi məkanlarda apardığı siyasəti məhz qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına doğru yönəlib. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV Zirvə Toplantısı və orada qəbul edilən Bəyannamə də qeyd edilənlərin təzahürüdür və burada cənab İlham Əliyevin praqmatik liderliyi bir daha özünü sübuta yetirmiş olur.

Bu sözləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı münasibətətini açıqlayarkən deyib və qeyd edib ki, Zirvə Toplantısının mahiyyəti həm də ondan ibarətdir ki, orada qəbul edilən qərarlar yalnız Avrasiya qitəsini deyil, bütövlükdə dünyanın bir sıra ölkələrini əhatə edir və prioritetlərin müəyyən edilməsində Azərbaycanın əsas mövqelərdən birini nümayiş etdirməsi əlbəttə ki, dövlət başçımızın məqsədyönlü amalının məntiqi nəticəsidir.

“Baxın, İƏT-ə üzv dövlətlərin hər biri ayrı-ayrılıqda Prezident İlham Əliyev cənablarını və Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbə münasibətilə təbrik etdi və bu həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq inkişaf və tərəqqi dövrünə qədəm qoyulur, əsasən də Zəngəzur dəhlizinin açılması dəyişilməz şərtə çevrilir. Əbəs deyil ki, qəbul olunmuş bəyannamədə bir sıra digər əhəmiyyətli məqamlar da ehtiva olunmaqdadır və bu məqamların hər biri Zəngəzurdan beynəlxalq aləmə açılan qapı rolunu oynamaqdadır. Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən istifadə etməklə Türkiyəyə, Qara dəniz regionuna və Avropa bazarlarına rahat çıxış edəcəklər və bu region eyni zamanda, birləşdirən körpü rolunu da almaqdadır. Ona görə də artıq İƏT-ə üzv ölkələr, hətta bu qurumda olmayan dövlətlər belə Azərbaycanla əməkdaşlığın vacibliyini anlayır, dəstəkləyirlər, bu əməkdaşlığın rezlizəsinin qısa zamanda başlanmasını istəyirlər”, – deyə Bəhruz Quliyev vurğulayıb.

“Əlbəttə, bu məsələdə Ermənistan tərəfi artıq öz ətrafında baş verən hər hadisəni dərk etməli, nəticələr çıxarmalıdır, əsk halda hətta onun istəyi olmasa belə qarşıya qoyulan məqsədlərin hər biri reallaşdırılacaq və buna kimsənin şübhəsi də yoxdur”, deyən siyasi ekspert daha bir vacib məqama da toxunub.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın ölkəmizi tarixi qələbə münasibətilə təbrik etmələri artıq bütün görünməyən tərəfləri də açır və isbat edir ki, Ermənistanın KTMT üzvü olmasına rəğmən, bu qurumdakı müttəfiqləri müharibənin deyil, inkişafın tərəfdarıdırlar, eləcə də İrəvanı da necə deyərlər, “daşı ətəyindən tökməsini” və bu inkişaf trayektoriyasına qatılmasını dəvət edirlər. Və çox şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin siyasi-diplomatik qələbəsinin davamıdır.

“Daha bir mühüm amil budur ki, Azərbaycan Prezideti İlham Əliyevin İƏT-ə üzv ölkə rəhbərləri ilə münasibətlərini daha da möhkəmləndirməsidir və bu xüsusda İranla yeni müstəvidə əməkdaşlıq faktorlarının qiymətləndirilməsi, həm İran, həm də Azərbaycan dövlət başçılarının inkişaflı münasibətlər xəttində yeni eraya qədəm qoydulduğunu bildirmələri regional siyasətin uğur təməli olaraq dəyərləndirilir”, – deyən Bəhruz Quliyev vurğulayıb ki, bütün bu kimi məqamlar ən qısa zamanda öz töhfələrini verəcək, Azərbaycan həm regionda, həm də dünyada siyasi, iqtisadi, diplomatik cəhətdən öz mövqelərini daha da möhkəmləndirmiş olacaq.