Home Biznes və iqtisadiyyat xəbərləri Aİ nümayəndəliyinin rəhbəri helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib

Aİ nümayəndəliyinin rəhbəri helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib

210
0
SHARE

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə P.Mixalko öz “Twitter” səhifəsində yazıb.

Paylaşımda bildirilib: “Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq”.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.