Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün təşkil edilməsi təklifi ilə çıxış edib.
Aİ Şurasının Prezidenti postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyinin dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirildiyini və Brüssel Zirvəsinin eyni zamanda bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab etdiyini diqqətə çatdırıb…
Trendin məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşündən gözləntilər nələrdir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Şəbnəm Həsənova – politoloq, Şakir Ağayev – “Novoye Vremya” qəzetinin baş redaktoru və Elxan Şahinoğlu – siyasi şərhçi mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: