Home Biznes və iqtisadiyyat xəbərləri Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

290
0
SHARE

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə səfir öz “Twitter” səhifəsində yazıb.

“Dövlət Sərhəd Xidmətinin helikopterinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində 14 azərbaycanlı hərbçinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı vermək istəyirəm”, – deyə səfir bildirib.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.