Home Cəmiyyət Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın – Anar Kərimov

Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın – Anar Kərimov

237
0
SHARE

Biz Qarabağın azad edilən ərazilərinə getdikdə mədəni irsimizin dağıdılma miqyasını gördük və başa düşdük ki, mədəniyyəti yenidən canlandırma planlarımız üçün dayanıqlı sülh lazımdır.

Bunu “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

“Mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var. Biz sülhün mədəniyyətin inkişafına verə biləcəyi töhfə haqqında düşünürük. Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın, bərpa olunsun”, – deyə nazir qeyd edib.

A.Kərimov bildirib ki, Azərbaycan sülh üçün yalnız təklif irəli sürmür, bu istiqamətdə real addımlar da atır.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.