Home Biznes və iqtisadiyyat xəbərləri ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir – Sədr

ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir – Sədr

329
0
SHARE

ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin mümkün inkişafını tam dəstəkləyir.

Bunu ATƏT-in hazırkı sədri Ann Linde üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ kontekstində həll olunmamış məsələlər qalıb ki, bu da Azərbaycanla Ermənistan sərhədindəki insidentlərdə əks olunur:

“ATƏT Cənubi Qafqazda uzunmüddətli sülhün qurulmasını dəstəkləyir. Biz həm də hesab edirik ki, regionun üç ölkəsi, Azərbaycan, Ermənistan və Gürcüstan münasibətlərin inkişafı üçün böyük potensiala malikdir və mənim xüsusi nümayəndəm ölkələrin bunda maraqlı olacağı təqdirdə öz köməyini göstərməyə hazırdır”, – deyə ATƏT sədri bildirib.