Home Biznes və iqtisadiyyat xəbərləri Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır

Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır

232
0
SHARE

Avstraliya Ermənistan və Azərbaycanı aktual humanitar məsələlərin, o cümlədən ölkələr arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini həll etməyə çağırır.

Bunu Avstraliyanın Avstriyadakı səfirliyinin ikinci katibi Rut Konstantin ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşü zamanı deyib.

Onun sözlərinə görə, Avstraliya iki ölkə sərhədində baş vermiş silahlı toqquşmalardan narahatdır və tərəfləri regionda uzunmüddətli sülhə nail olmaq üçün işlər görməyə çağırır.

“Bu, həm də humanitar məsələlərə, sərhədin delimitasiyası və demarkasiyası məsələsinə aiddir”, – deyə avstraliyalı diplomat bildirib.