Home Biznes və iqtisadiyyat xəbərləri ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir – Çin

ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir – Çin

218
0
SHARE

ABŞ-ın təbliğ etdiyi demokratiya modeli yalnız pərdə rolunu oynayır və digər dövlətlərə təzyiq göstərmək, onların daxili işlərinə müdaxilə üçün bəhanədir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Amerikan demokratiya sistemi universal deyil və mükəmməllikdən çox uzaqdır. Amma uzun müddət ərzində ABŞ öz demokratik sisteminin struktur çatışmazlığına göz yumub. Onlar “demokratiya nümunəsi” olmaqdan qürur duyur və bu bəhanə ilə digər ölkələrin daxili məsələlərinə müdaxilə edir, demokratiya bayrağı altında müharibələr aparır və regional münaqişələrə, humanitar fəlakətlərə səbəb olur”, – bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, ABŞ-ın öz demokratik sistemini mükəmməl göstərmək cəhdlərinə baxmayaraq, əslində onun mənfi tərəfləri daha ciddi şəkildə üzə çıxır.

“Ümid edirik ki, ABŞ öz demokratik sistemini təkmilləşdirəcək və xarici dünya ilə münasibətlərə yanaşmasını dəyişəcək. Bu təkcə Amerika xalqına deyil, həm də bütün dünya xalqlarına fayda verəcək. Hansısa ölkə demokratik standartları monopoliya altına almağa, demokratiyanı digər ölkələrə təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasa, dünya daha da yaxşılaşacaq”, – Çin Xarici İşlər Nazirliyi bildirib.