Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribat nəticəsində şəhid olanların ailələri və yaralanan hərbçilər dövlət sığorta ödənişi ilə təmin olunurlar.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeddi şəhidin ikisinin vərəsələri müraciət edərək Dövlət Sığorta Kommersiya Şirkətindən 11 min manat birdəfəlik sığorta ödənişini əldə ediblər: “Növbəti mərhələdə digər şəhidlərin vərəsələri və yaralanan həbçilərimiz də müraciət edərək sığorta ödənişlərini ala bilərlər”, – deyə E.Mirsalayev vurğulayıb.
Qeyd edək ki, ermənilərin 16 noyabr təxribatı nəticəsində Azərbaycan Ordusunun yeddi hərbçisi şəhid olub, 10 hərbçi yaralanıb.