Home Biznes və iqtisadiyyat xəbərləri Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib...

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib – Elnur Məmmədov

274
0
SHARE

Oktyabrda keçirilmiş dinləmələr zamanı Ermənistanın qaldırdığı məsələlərdən biri erməni əsilli şəxslərin buraxılması ilə bağlı idi. Digər məsələ isə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanması tələbi idi.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.

E.Məmmədov bildirib ki, məhkəmə Ermənistanın həmin iddialarını təmin etsəydi, bu, Yerevana siyasi xal qazandıra biləcək qərarlar ola bilərdi. Lakin bu vəsatətlər də rədd edildi.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.