Home Manşet Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib

713
0
SHARE

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli Mehriban xanım. Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə yorulmaz fəaliyyətiniz, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir.

Biz TÜRKPA olaraq tarixən xalqlarımızın xanımlara göstərdiyi yüksək hörmət və ehtiramı qeyd edərək, habelə ölkələrimizdə ailə dəyərlərimizin qorunmasına sadiqliyimizi bir daha ifadə edərək qadınlarımızın cəmiyyətin inkişafına göstərdiyi müstəsna xidmətlərə böyük önəm veririk.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq”.