Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır.
Bunu gənclər və idman naziri Fərid Qayıbov bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev məni bu vəzifəyə təyin etməzdən qabaq bir sıra tapşırıqlar verdi və hazırda bu tapşırıqlar çərçivəsində işlər görülür və layihələr hazırlanır. Ümid edirəm ki, bu gün sizin problem və təkliflərinizlə tanış ola biləcəyəm. Sahibkarlıq sektorunun öz xüsusiyyətləri və çətinlikləri var. Öz fəaliyyətlərini təqdim edə bilmək üçün onlar müxtəlif çətinliklərdən keçirlər. Ölkəmiz gənclər ölkəsidir. Azərbaycanda gənclərə dəstək üçün xüsusi mexanizmlər yaradılıb. Nazirliyimiz gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmalı və inkişaf etdirməlidir”, – deyə nazir bildirib.