Home Biznes və iqtisadiyyat xəbərləri YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

262
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarətçilərə dünya memarlığının nadir incilərindən sayılanHeydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqiistiqamətində fəaliyyət göstərir. Həmçinin MərkəzAzərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər millisərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatınmüxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyatakeçirir.

Qeyd olunub ki, Mərkəz dünya şöhrətli memar Zaha Hadidinlayihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən biriolan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünyamemarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərinkeçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanıdiqqətə çatdırılıb ki, Muzey Ümummilli Liderin 90 illik yubileyiərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlarziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarətmuzeydə Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluUlu Öndər barədə maraqlı faktlar, foto və videomateriallarvasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmunorijinallığı ilə də seçilir. Burada materiallar iki paralelkontekstdə verilir. Ziyarətçilərə Ümummilli Lider HeydərƏliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmlihadisələr barədə məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkkolunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində UluÖndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillikillərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlifaspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallarsəsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Qonaqlar Muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu öndərHeydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidmətiistifadəsində olan avtomobillərə baxıblar.

Qeyd edilib ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirənmultimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinətoxunmaqla arxa fonda Ulu öndər Heydər Əliyevin dövlətbaşçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim edilənhədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zaldaÜmummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onuniş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltifolunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətlinümunələri sırasındadır.

Mərkəzlə tanışlıq qonaqlarda zəngin təəssürat doğurub.