Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar vətəndaşları narahat edən taleyüklü problemlərin həllində öz mövqelərini daim ortaya qoyurlar.
Bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, YAP-ı təmsil edən deputatlar üzərlərinə düşən vəzifələri kifayət qədər yerinə yetirirlər.
T.Budaqov əlavə edib ki, Azərbaycanda qanunvericilik prosesləri uğurla icra olunur: “Azərbaycan bu gün ən qabaqcılı və mütərəqqi qanunvericilik sisteminə malik olan ölkələrdəndir”, – deyə T.Budaqov vurğulayıb.