Bu gün, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım günü ərəfəsində Rusiyanın Həştərxan şəhərində onun abidəsinin önünə gül qoyulması mərasimi keçirilib.
Bu barədə Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, vilayət qubernatoru İqor Babuşkinin göstərişi ilə mərasimdə Həştərxan vilayəti hökuməti sədrinin müavini Kazbek Xadikov, sənaye və təbii ehtiyatlar naziri Denis Afanasyev, regional Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov iştirak ediblər.
“Həştərxan vilayətini və Azərbaycanı ildən-ilə möhkəmlənən və genişlənən çoxillik dostluq əlaqələri birləşdirir. Əməkdaşlıq dövründə Heydər Əliyev Fondu ilə birlikdə vilayətdə bir sıra sosial əhəmiyyətli layihələr reallaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında bu ilin dekabrın 7-də Bakıda keçirilmiş görüşdə də bu barədə bəhs olunub. Tərəflər çoxşaxəli məhsuldar əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər”, – məlumatda deyilir.